Rza Zərrab hakim qarşısına çıxır - Ebru onu tək buraxdı

Müğənni Ebru Gündeşin əri, iş adamı Rza Zərrab bu gün yenidən hakim qarşısına çıxır.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Zərrab haqqında 75 il həbs və 50 milyon dollar cərimə tələb olunan məhkəmədə iş adamını vəkillər qrupu müdafiə edəcək.

Bu qrupda ABŞ prezidenti Donald Trampa yaxınlığı ilə tanınan Nyu-Yorkun keçmiş bələdiyyə sədri Rudolf Giuliiani da yer alıb.

Qeyd edək ki, Ebru Gündeşin ərinin məhkəməsinə getmədiyi məlum olub.