Ramiz Rövşənə ağır itki - Qardaşı vəfat etdi

Tanınmış şair Ramiz Rövşənin qardaşı dünyasını dəyişib.

Bu barədə Ramiz Rövşənin qardaşı Yaşar Əliyev məlumat verib.

Yaşar Əliyev bildirib ki, qardaşları Eyvaz ağciyər xərçəngindən vəfat edib: “Xəstəlik uzun müddət olub, amma bilməmişik. Xəstəliyi biləndə isə artıq gec idi. Bu gün Əmircanda, atamın qəbrinin yanında dəfn edəcəyik”.

Xatırladaq ki, sabah Əmircanda mərhumun üç mərasimi olacaq. Məclis bu gün də olacaq.

Medianews.az kollektivi olaraq hörmətli şair Ramiz Rövşənə başsağlığı verir və ona səbr diləyir.

Allah rəhmət eləsin!