Londonun mərkəzində sürücü avtomobili piyadalara çırpıb, 4 nəfər xəsarət alıb.
RİA Novosti yerli polisə istinadən bildirir ki, qəzadan sonra avtomobilin sürücüsü və sərnişinləri hadisə yerindən qaçıblar. Onlardan biri saxlanılıb. İnsidentin təfərrüatları müəyyənləşdirilir. Hadisə terror aktı kimi qiymətləndirilmir.
Xatırladaq ki, martın 22-də Londonun mərkəzində, Vestminster körpüsündə sürücü avtomobillə bir neçə piyadanı vurmuş, daha sonra maşından düşərək polisi bıçaqla qətlə yetirmişdi. Qatil 52 yaşlı Xalid Məsud hadisə yerində başqa bir polis tərəfindən öldürülmüşdü.
Son məlumata görə, həmin terror aktı nəticəsində 4 nəfər ölüb, 10 ölkədən olan 50 nəfər isə xəsarət alıb.