Türkiyənin keçmiş məşhur kriminal avtoriteti Dündar Kılıçın nəvəsi Onur Özbizerdik həbs edilib.
Musavat.com-un məlumatına görə, o, sənədsiz silah gəzdirmək və qorxutmaq üçün atəş açmaqda günahkar bilinib.
Qeyd edək ki, Onuz Özbizerdik bir neçə gün əvvəl İstanbulda əyləncə mərkəzinin qarşısında məkanın işçisi ilə mübahisə etmiş, daha sonra silahını çıxararaq havaya atəş açmışdı. Hadisədən sonra polis tərəfindən təşkil olunan əməliyyatda saxlanılan Onur Özbizerdik məhkəməyə çıxarılıb. Məhkəmə onun haqqında həbs qəti-imkan tədbiri seçib.
Qeyd edək ki, məşhur kriminal avtoriteti Dündar Kılıçın nəvəsi, yeraltı dünyasının məşhur isimlərindən olan Alaattin Çakıcının ögey oğlu olan Onur Özbizerdik əvvəllər də bənzər cinayətlərdən tutulub.