Yaxın Şərqdə sərhədlərin yenidən dizayn edilməsinin vaxtı gəlib çatdı.
Axar.az xəbər verir ki, bunu İraq Kürd Regional Rəhbərliyinin lideri Məsud Bərzani bildirib.
Bərzani Yaxın Şərqdə yeni beynəlxalq razılaşmanın lazım olduğunu, Skays-Pikotta dövrünün başa çatdığını və kürd dövlətinin yaranması üçün yeni müqavilənin vacibliyini qeyd edib.
O, İraq və Suriyanın yenidən əsla bütöv olmayacağını və bölgədə məcburi şəkildə bir yerdə yaşamağın xətalı olduğunu söyləyib.