İnstagram bu yeniliyi etdi

İnstagram mobil tətbiqində eyni anda bir neçə foto dərc etmək mümkün olacaq. Sözügedən funksiya İnstagram mobil tətbiqinin “Android” mobil əməliyyat sistemi üçün beta versiyasına əlavə edilib.

İndi yalnız elan verənlər postda bir neçə foto yerləşdirmək imkanına malikdirlər, amma tezliklə bu funksiya hər kəsə əlçatan olacaq. Ehtimal ki, İnstagram mobil tətbiqinin “iOS” üçün versiyasına da bu funksiya əlavə ediləcək.

Posta bir neçə foto və ya video əlavə etmək üçün ilk şəklə ani toxunuş əvəzinə, ona toxunmaq və barmağı üzərində saxlamaq lazımdır. Bundan sonra 10-dək foto və ya video seçmək, həmçinin onlara eyni və ya müxtəlif filtrlər tətbiq etmək, nəhayət, qalereyanı dərc etmək mümkün olacaq. İstifadəçilər həm postda, həm də ayrı-ayrı şəkilləri layk edə biləcəklər.
Sözügedən funksiya, hələ ki, beta versiyada düzgün işləyir.

Şəkil qalereyasını dərc etmək istədikdə mobil tətbiq səhv göstərərək bağlanır.
Musavat.com