İndiyə qədər könüllü olaraq vahid aylıq müavinətdən imtina edən məcburi köçkünlərin sayı açıqlanıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, komitəyə müraciət etmiş bəzi məcburi köçkünlər öz ailələrini dolandırmaq imkanına malik olduqlarını, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını, yüksək vəzifədə çalışdıqlarını əsas gətirərək, vahid aylıq müavinətdən könüllü olaraq imtina etdiklərini bildirir və bu vəsaitin daha ağır vəziyyətdə yaşayan soydaşlarımıza verilməsini, həmçinin aylıq müavinətin məbləğinin gələcəkdə artırılmasına yönəldilməsini təklif edirlər.
Belə ki, Dövlətqaçqınkoma əraziləri işğal olunmuş 10 rayondan bu günədək 300-dən çox belə müraciət daxil olub.