Bir müddət öncə İslamı qəbul etdiyi söylənilən aktrisa Lindsi Lohan İstanbulda türk biznesmen Faruk Sabancı ilə görüşüb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yeməkdən sonra çıxışda jurnalistləri görən aktrisa bir anlıq təəccüblənib, daha sonra istiqamətini dəyişərək yoluna davam edib.
Qeyd edək ki, 5 milyon 800 min izləyicisi olan ulduz aktrisa müsəlman olduqdan sonra “Instagram”dakı bütün fotolarını silmişdi.