17 yaşlı sahibkar oğlu özünü asdı

Şamaxı rayonunda intihar hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Şamaxı şəhərində qeydə alınıb. Şəhər sakini, 2000-ci il təvəllüdlü Behtiyev Elvin Elçin oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib.

Ailə üzvləri hadisədən gec xəbər tutublar. Koma vəziyyətinə düşən Elvin Behtiyev Şamaxı Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Elvin Behtiyevin atasının sahibkar olduğu bildirilir.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.