Müğənni Mustafa Sandalın həyat yoldaşı, model və aktrisa Emina Sandal İnstaqramında maraqlı paylaşım edib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, iki uşaq anası olmasına baxmayaraq, hələ də ideal bədənə sahib olan Emina tez-tez hesabında cəsarətli fotolar yerləşdirir.
Bu dəfə aldığı yeni ayaqqabısının şəklini ayağında çəkərək sosial şəbəkədə yerləşdirən Sandal belə bir şərh də yazıb: “İlk görüşdən məhəbbət”.
Qeyd edək ki, bir müddət əvvəl model məşhur şirkətlərdən birinin siması olmuşdur. O, alt paltarları ilə şəkdirdiyi fotolarla gündəmə gəlmişdi.