Kraliça Yelizaveta az qala öz mühafizəçisi tərəfindən güllələnəcəkmiş.
Axar.az xəbər verir ki, bu iddia ilə Britaniya nəşri İndependent çıxış edib.
Verilən məlumata görə, yuxusuzluqdan əziyyət çəkən kraliça gecə vaxtı Bukingem sarayında gəzmək qərarına gəlib. Kraliçanın gəzintidə olduğunu bilməyən mühafizəçi ətrafda səs eşidib və dərhal silahını çıxarıb. O, bir neçə dəfə orda kimin olduğunu soruşduqdan sonra atəş açmağı planlaşdırsa da, tezliklə parkda gəzənin kraliça olduğunu görüb:
“Lənətə gəlsin! Əlahəzrət, az qala sizi güllələyəcəkdim”.
Bunu görən kraliça mühafizəçiyə deyib:
“Heç nə olmaz, hər şey qaydasındadır. Gələn dəfə sizə zəng vurub xəbərdarlıq edərəm ki, məni güllələməyəsiniz”.