Stalinin nəvəsi öldü

SSRİ lideri İosif Stalinin nəvəsi Yevgeni Cuqaşvili vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb. 80 yaşlı Cuqaşvilinin ölüm səbəbi bilinmir.

Qeyd edək ki, Yevgeni Cuqaşvili 1936-cı ildə Stalinin böyük oğlu Yakov Cuqaşvilinin ailəsində dünyaya göz açıb. Onun atası İkinci Dünya müharibəsi zamanı alman əsirliyində ölüb.