Xəbər verdiyimiz kimi, bu gün qardaş Türkiyənin Kayseri şəhərində hərbçilərə qarşı xain terror hücumu həyata gerçəkləşdirilib.
Son məlumatlara əsasən terror aktı nəticəsində 13 şəhid, 48 yaralının olduğu bildirilir.
Kayseri valisi Süleyman Kamçı və vilayət polis rəisi İbrahim Kulular artıq terror aktının baş verdiyi yerdədir.
Musavat.com-un “habertürk” saytına istinadən verdiyi məlumata görə, Türkiyənin daxili işlər naziri Süleyman Soylu, milli müdafiə naziri Fikri İşıq, səhiyyə naziri Rəcəp Akdağ, Şəhərcilik naziri Mehmet Özhaseski hadisə yerinə yola düşüblər.
Qeyd edək ki, Mehmet Özhaseki nazir olmazdan öncə Kayseri şəhərinin meri də olub.