Şənbə günü saat 08:45-də Kayseri Komando Tugay Komandirliyindən iznə çıxan hərbçiləri daşıyan avtobusa bomba yüklənmiş avtomobillə təşkil edilmiş hücumda 13 hərbçi şəhid olub, 48-i isə yaralanıb. Yaralılar dərhal bölgədəki xəstəxanalara yerləşdirilərək, müalicələrinə başlanıb. Ayrıca mənfur hücumda mülki vətəndaşların da yaralanmış ola biləcəyi ehtimal edilir.
Musavat.com Türkiyədə çıxan Milliyet.com.tr saytına istinadən bildirir ki, Kayseridən gələn son dəqiqə xəbəri bu cürdür. Kayseri valisi Süleyman Kamçı “təəssüf ki, şəhid və yaralılarımız var” deyib. AKP-nin Kayseri millət vəkili İsmayıl Tamer isə hücumda rəsmi olmayan məlumatlara görə, 9 şəhidin olduğunu açıqlayıb.
Nazirlərin Kayseriyə yola düşdüyü bildirilir.
***
Türkiyədə Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan avtobusun partladılması nəticəsində 13 nəfər şəhid olub, 48 nəfər yaralanıb.
“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Kayseri şəhərindən olan millət vəkili İsmayıl Tamer “A Haber” telekanalına açıqlamasında bildirib.
Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan millət vəkili Yusif Halaçoğlu isə “CNN Türk”ə deyib ki, terror aktının bomba yüklənmiş “Şahin” markalı avtomobil vasitəsilə həyata keçirilb.
AKP-nin Kayseridən olan digər millət vəkili Sami Dədəoğlu yaralıların sayının 15-20 nəfərə yaxın olduğunu söyləyib.
Yaralılar Erciyes Universitetinin tibb fakültəsinin xəstəxanasına və şəhərdəki digər səhiyyə müəssisələrinə yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım müvafiq qurumların rəhbərlərindən hadisə ilə bağlı ətraflı məlumat alıblar.
11:51
****
Türkiyənin Kayseri şəhərində terror aktı baş verib.
Axar.az xəbər verir ki, Kayseri Ərciyəz Universitetinin qarşısında partlayış baş verib.
Partlayış bu gün səhər saat 8:45-də Kayserinin Erciyes universitetinin əsas girişinin 500 metr uzaqlığında, Atatürk bulvarı ilə Talas prospektinin kəsişdiyi yerdə meydana gəlib. Hadisə nəticəsində şəhid və yaralıların olduğu deyilir. Bölgəyə xeyli təcili tibbi yardım briqadaları göndərilib. Avtobusda həftə sonu istirahətinə çıxan mülki geyimli hərbçilər də olub.
Hadisə şahidlərinin verdiyi məlumata görə, naməlum bir avtomobil avtobusa yaxınlaşdıqdan saniyələr sonra partlayış baş verib.
Musavat.com Milliyet qəzetinə istinadla xəbər verir ki, polis hadisə yerində geniş təhlükəsizlik tədbirləri həyata keçirir.
***
Musavat.com xəbər verir ki, partlayışı həyata keçirən avtomobilin “71” Kayseri serialı olan nömrəsi saxta olub. Bu barədə rayon polis idarəsinin rəisi Mahmut Çorumlu məlumat verib. Onun sözlərinə görə, terror aktında istifadə olunan maşının nömrəsinin əsli Kayseridəki başqa bir maşındadır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş verən terror aktı ilə bağlı Baş Qərargah rəisi Hulusi Akardan məlumat alıb. Prezidentlik qaynaqlarından Ərdoğanın hadisəni yaxından izlədiyi bildirilib.
***
Baş vermiş terror hadisəsi ilə bağlı mətbuata yayın məhdudiyyəti qoyulub.