Hamiləliyinin 6-cı ayını yaşayan müğənni Şəbnəm Əsədovanın (Tovuzlu) övladının cinsi məlum olub.
Big.az xəbər verir, sənətçi bu barədə “ATV maqazin onlarla” verilişində danışıb:
“Hər bir evə sevinc gətirəcək bir hadisədir. Mart ayında oğlum olacaq. Əslində qız, oğlan – fərqi yoxdur”.
Sənətçi son zamanlar türkiyəli sənətçi Sibel Cana bənzədilməsindən də söz açıb:
“Nə olar ki, Azərbaycanın Sibel Canı yox, Şəbnəm Əsədovası olum. Xanım olaraq, görünüş olaraq heç bir yeri məndən artıq deyil”.