Universal Pictures şirkəti “Forsaj 8” filminin ilk treylerini buraxıb.
buro247.az xəbər verir ki, Şarliz Teron filmdə baş rollardan birini oynayır. “Taxt-tac oyunu” serialından aktyor Kristofer Hivyu ilə birlikdə aktrisa Lyuks Evans və Ceyson Stethemi əvəz edəcək.
Şarliz Teronun qəhrəmanı bizə tanış olan yarış iştirakçıları ilə qarşı-qarşıya gələcək. Filmin rejissoru Feliks Qeri Qreydir. Populyar kinoseriyanın 8-ci hissəsi 14 aprel 2017-ci ildə ekranlara çıxacaq. Filmdə baş rolları Vin Dizel, Şarliz Teron, Dueyn Conson, Ceyson Stethem, Kurt Rassel və Skott İstvud ifa edəcək.
Qeyd edək ki, “Forsaj” Universal studiyasının ən gəlirli franşizasıdır. Seriyanın bütün hissələri ümumilikdə 3,8 milyard dollar toplayıb.