Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun nəvəsi kiçik İslam Kərimov anası Gülnarə Kərimovanın ölüm xəbəri haqda mətbuatda yayılanlara cavab verib.
Axar.az BBC-Özbəkcəyə istinadən xəbər verir ki, 23 yaşlı gənc bu söz-söhbətləri şayiə adlandırıb.
“Anam sağdır, yaxşıdır, 2014-cü ilin fevralından ev dustaqlığındadır. Bacım İman Kərimova isə artıq ev dustaqlığından azad olunub, amma ölkəni tərk edə bilməz”.
Xatırladaq ki, noyabrın 22-də Özbəkistanın və müxtəlif dünya ölkələrinin KİV-i Gülnarə Kərimovanın zəhərlənərək qətlə yetirildiyini yazıb.