“ARB Ulduz”un efirində yayımlanan “Şou məkan” verilişinin qonağı olan müğənni Samira tənqid dolu açıqlama verib.
İfaçı dedi-qodu, söz-söhbət hesabına özünü dağın başına qoyan bəzi sənətçiləri qınaq atəşinə tutdu.
“Guya bu, zamanın tələbidir. Dedi-qodu ilə yadda qalırlar. Mən düşünürəm ki, o insan müğənni olmasaydı, həyatda da dedi-qodu yaradardı. İnsanın xarakteri, daxili necədirsə, o hər sahədə özünü büruzə verəcək. Məndə də olub, hansısa həmkarımdan, evdəkilərdən gileylənmişəm. Ancaq bunu həyatımın stimuluna çevirməmişəm. Mən çalışmışam ki, həyatda hər zaman düzgün yaşayım. Kiminsə haqqında danışsam, mənim başım ağrıyar. Bu mənim xarakterimə zidd olan bir şeydir”.
Samira həmkarlarını bir kənara qoyub, bəzi adi insanların belə müğənnilərdən qat-qat yanlış hərəkətlərə yol verdiklərini söylədi.
“Mən ətrafıma baxıram. Adi insanlardır, boşanıblar. Müğənnidir? Yox! Filankəs bir də görürsən şəhərdə yarıçılpaq vəziyyətdə gəzir. Müğənnidir? Yox! Oğurluq edir, yalan danışır. Bu, insandır, insan psixologiyasıdır. Sadəcə müğənnilər, üzdə olan insanlar daha çox diqqət mərkəzində olurlar. Biz gündəmdə olan, üzdə olan insanlarıq. Buna görə də, bizim hansısa hərəkətimizi mənfi qəbul edirlər”.
Samira heç zaman dəyişməyən stilində də söz açıb.
“İllərdir siz məni eyni bir imicdə görürsüz. Son vaxtlar birdən-birə belə bir formaya meyl etdim. Bir ara linza taxırdım. Vaxtaşırı taxıram. Yəqin ki, zamanla bağlıdır, yaşla bağlıdır. İnsan həyatında, gözləmədiyi bir vaxtda hansısa əşyanı sevə bilər. Bəyənmədiyi bir məkana gedə bilər, orda hüzur tapa bilər. Hər kəs bilir ki, mən idmanla fəal məşğul olan bir insanam. Mən idmanı həddən artıq çox sevirəm. İdman və düzgün qida formamı saxlamağıma kömək edir”.
Qeyd edək ki, “ARB Ulduz” kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.s