ABŞ-ın 45-ci prezidenti seçilən Respublikaçılar Partiyasının namizədi Donald Tramp qələbədən sonra seçki qərargahında canlı yayımda çıxış edib.
Teleqraf.com xəbər verir ki, Tramp rəqibi Hillari Klintonun ona zəng edərək məğubiyyətini etiraf etdiyini deyib: “Mən də öz növbəmdə uğurlu kampaniyasına görə Hillari Klintonu təbrik etdim. Hillari seçkiqabağı kampaniya çərçivəsində çox gərgin və yaxşı işlədi. Hesab edirəm ki, respublikaçılar və demokratların birgə işləmək vaxtı çatıb. Mən bütün amerikalıların prezidenti olacağam. Bu, mənim üçün çox vacibdir. Mənim qalibiyyətim irqindən, cinsindən asılı olmayaraq hamının birləşməsi deməkdir”.
Daha sonra Tramp kampaniyası çərçivəsində ona kömək edən hər kəsə təşəkkürünü bildirib. O, həyat yoldaşı və ailəsinə sonsuz minnətdar olduğunu deyib.