1478003331_1477919874_20161017004468

Instagram-da “Rich Kids” (Varlı balaları) adı altında yeni fotolar paylaşılıb.

BAKU.WS xəbər verir ki, qızlardan biri qiyməti 220 min dollar olan Ferrari ilə şəkil paylaşıb.

İnstagramda fotosu olanlardan biri də 24 yaşlı türk Emir Bahadırdır. O, Yunanıstan sahillərində yaxtada şəklini paylaşıb. Bahadır bu yaxınlarda Nyu-York şəhərində 3,4 milyon dollara bağ evi alıb.

24 yaşlı ukraynalı Yuliya Staxiva isə deyir ki, o, hər il kosmetikasına 36 min dollar, yemək və səyahətinə isə hər ay 9 min dollar xərcləyir.

İtaliyalı modelyer Roberto Kavallinin oğlunun isə İnstagramda 236 min izləyicisi var.