94756_qee12uktg3

Aktrisa Skarlet Yohansson qızı ilə Nyu-York küçələrində görünüb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, qızını qucağından yerə qoymayan aktrisa yorğun və xəstə halı ilə diqqət çəkib.

O, qızını və ərini paparassilərdən gizlətmək istəsə də, alınmayıb. Skarlet qaçaraq bir az irəlidə olan jurnalist həyat yoldaşı Romain Dauriaka yetişib. Balaca qızın atasına oxşarlığı da diqqətdən yayınmayıb.