1474533583_93537_7dt9oipiuo

Məşhur türk müğənni Mustafa Cecelinin Bakıda toyda iştirak etməsi haqda xəbər vermişdik.

BAKU.WS-in məlumatına görə, müğənni pul müqabilində dəbdəbəli toy mərasimində iştirak edib.

Məcid və Aygül adlı cütlüyün “Ağ saray”da keçirilən toy mərasimində iştirak edən müğənni bir neçə mahnı oxuyub.

Mustafa Cecelinin toyda iştirakı qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Mərasimdə həmçinin yerli şou-biznesin bir sıra tanınmış simaları çıxış edib. Onların arasında Vasif Məhərrəmli də olub.

V.Məhərrəmli Mustafa Ceceli ilı duet oxuduqları an lentə alınan videonu sosial şəbəkədə paylaşıb.

Həmin görüntünü oxuculara təqdim edirik: