Bakıda avtobus sürücüləri arasında dava düşüb.
BAKU.WS-in məlumatına görə, hadisənin görüntülərini Meydan TV yayıb. Videodan da aydın olduğu kimi sürücülər əlbəyaxa çıxıb.
88 və 6 nömrəli avtobus sürücüləri arasındakı davanın səbəbi isə bir avtobusun digərinin qarşısında durmasıdır.
Hadisə şahidlərinin sözlərinə görə, davaya görə avtobuslar təxminən bir saata yaxın hərəkətdə olmayıb.