Hər bir qadın dünyanın məşhur ulduzları qədər qüsursuz, gözəl olmağa çalışır.
Axşam.az xarici KİV-ə istinadən tanınmış qadınların gözəllik sirrlərini təqdim edir:
Adriana Lima:
Hər gün idman edir, sağlam qidalanır, çox makiyajdan qaçır, çoxlu su içir və gündə ən az bir dəfə hind qozu südü içir.
İvana Sert:
Tez-tez idman edir, sağlam qidalanır, gün ərzində tez-tez və az yeyir, üzünə nəmləndirici krem çəkir.
Beren Saat:
İdman edir, sağlam qidalanır, çoxlu su içir və az makiyajdan istifadə edir.
Tuba Büyüküstün:
Çoxlu tərəvəz yeyir, idman edir, bitki çayı içir, makiyajdan yorulan dərisinə maskalar qoyur.
Miranda Kerr:
Sağlam qidalanır, idman edir və dərisinin gözəl olması üçün hər gün avakado yeyir.
Ebru Şallı:
Lazımi qədər yatır, makiyajdan az istifadə edir, pərpətöyün yeyir, ayda bir dəfə üz və bədən baxımına yollanır.
Yeşim Salkım:
Hər səhər üzünü tərkibində zeytun yağı olan sabunla yuyur, gecələr isə dərisinə acı badam kremi çəkir.
Cessika Alba:
Günə meyvə və yulaf yeməklə başlayır, hər gün balıq yeyir, axşam salatdan istifadə edir.