Balakən rayonunda zəlzələ baş verib.
Report-un məlumatına görə, yeraltı təkanlar rayonun Qabaqçöl qəsəbəsində saat 21:10 radələrində iki dəfə qeydə alınıb. Yerli mütəxəssislərin fikrincə, zəlzələ 5 bal gücündə olub. Tələfat olmasa da, inzibati və yaşayış binalarında çatlar əmələ gəlib.
Zəlzələ Zaqatalada da hiss edilib. Burada yeraltı təkanlar 3-4 bal gücündə olub.