“İşte Benim Stilim” proqramı ilə məşhurlaşan Kemal Doğulu ekranlara dönür.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yay aylarında yaşadığı evin pilləkənlərində yıxılaraq ağır zədə alan Kemal artıq sağalıb.
Dəb yarışmasından ayrılan stilist yeni mövsümdən etibarən “Star TV”də “Aşk kafe” adlı proqramda aparıcılıq edəcək.
Qeyd edək ki, “Aşk kafe” içində mini-serial və yarışma olan realiti şou olacaq.