Dünyaca məşhur model Kara Delevin gecə klubunda dava salıb.
Axar.az xəbər verir ki, model kluba girmək üçün lazım olan 20 sterlinqi ödəməkdən imtina edib. Buna görə də mühafizəçilər onu kluba buraxmayıb. 22 yaşlı Kara Delevin mühafizəçilərlə dalaşıb və oranı tərk edib.
Klubun sahibi Simon Lanqer Karanın həddindən artıq kobud davrandığını və davamlı olaraq özünün məşhur olduğunu dediyini bildirib.