img2168421

 

Alman aktrisa Uilma Elles Alman mediasını Türkiyə haqqında yanlış və birtərəfli mövqe tutduğuna görə tənqid edib.

Axar.az xəbər verir ki, Elles “Almaniya üzərindəki ay – Ölkəmiz nə qədər Ərdoğana dözə bilər” mövzulu televiziya proqramında Ərdoğanı müdafiə edərək, onun çevrilişə cəhdi əngəlləmək üçün çox çalışdığını deyib:

“Heç kim Prezident Rəcəb Tayyib Ərdoğan qədər çox çalışmır. Almaniya və Türkiyə illərdir ki, dostdur. Mədəniyyətləri də bir-birinə uyğunlaşıb. Türkiyə Avropanın önəmli bir hissəsidir. Nəticədə Türkiyə Asiya və Avropa üçün körpü rolunu oynayır və buna görə də güclü bir Türkiyəyə ehtiyacımız var. Almaniya bu çətin zamanlarında Türkiyənin yanında olmalıdır”.

Ərdoğanı müdafiə edəndən sonra “Die Velt” qəzeti aktrisa haqqında “Alman marslı” və “Ankaranın PR bölümündən göndərilib” kimi ifadələr işlədib.

Qeyd edək ki, aktrisa Uilma Elles Türkiyə vətəndaşlığını qəbul edərək ikili vətəndaşlıq statusunu qazanıb.