1469799103_irevanda

 

İrəvanda təhlükəsizlik qüvvələri polis bölməsini ələ keçirmiş qiyamçılara atəş açıblar.

Virtualaz.org xəbər verir ki, qiyamçılardan biri-erməni kəşfiyyatçısı, barəsində onlarla film çəkilmiş Arayik Xandonyan ayağından yaralanıb.

Bu arada qiyamçıların liderlərindən biri-Varujan Avetisyan jurnalistlərlə əlaqə yaradaraq bildirib ki, polis alayının üzərində pilotsuz uçuş aparatı dövrə vurur və ondan əraziyə nə olduğu bilinməyən əşyalar tökülür.

“Biz həmin əşyalara yaxınlaşmağa qorxuruq, çünki bunlar bomba da ola bilər “, – deyə Avetisyan vurğulayıb.

İddialara görə, atışma təhlükəsizlik qüvvələrinin girov götürülmüş tibb işçilərini azad etməyə cəhd göstərdikləri vaxt başlayıb.