Türkiyənin İstanbul şəhərinin Sabiha Gökçən Hava Limanında polis tərəfindən təşkil edilən əməliyat zamanı çevrilişə cəhd edən 8 general tutulub.
Axar.az xəbər verir ki, bu barədə “Hüriyyət” məlumat yayıb.
Məlumata görə, İrfan Can, İmdad Bahri Bibər, Fəthi Alpay, Haluk Sahar, Məhmət Özlü, Əhməd Biçər, Şaban Ümid, Sərdar Gülbaş adlı generallar İstanbul Terrorla Mübarizə İdarəsinə aparılıblar.
Çevrilişin baş tutacağı təqdirdə adıçəkilən generalların yeni yaradılacaq olan Çevik İdarə Komandanlığının rəhbərliyinə təyin olunacaqlardı.
Xatırladaq ki, çevriliş cəhdinə görə son 2 gün ərzində 2000 mindən çox hərbçi saxlanılıb.