1467293423_russia-ukrainejpeg-06b56

 

“Rusiya xarici işlər naziri Sergey Lavrov iyunun 4-də Yerevana səfər etdikdən sonra Bakıya gələcək”.

Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov almaniyalı həmkarı, ATƏT-in fəaliyyətdəki sədri Frank Valter Ştaynmayerlə birgə keçirdiyi brifinqdə deyib.

Nazir onu da əlavə edib ki, prezidentlər səviyyəsində Dağlıq Qarabağ üzrə növbəti görüşün keçirilib-keçirilməyəcəyi onun səfərindən asılı olacaq.