“Victoria Secret”-in modeli Adriana Lima gözəlliyinin sirrini brokoliyə borcludur.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu pəhrizlə model 1 ayda 8 kiloqram arıqlayıb. Cazibədar model naharda meyvə, salat yediyi halda axşam yeməyində brokolini seçir.
Səhər yeməyi:
(Variantlardan hər hansı birini seçə bilərsiniz. Hər biri 250 kaloridən ibarətdir)
-Bir Alma, bir ananas, bir salxım üzüm, bir armud və bir kiçik kurasan
-150 ml yağsız südlə əzilmiş kəpəkli biskvit və böyük bir stəkan şəkərsiz portağal suyu.
-1 qab qatığa 1 çay qaşığı bal və 2 yemək qaşığı kişmiş qarışdırın. Yarım banan dilimleyib üstünü bəzəyin.
Nahar:
(Variantlardan hər hansı birini seçə bilərsiniz. Hər biri 400 kaloridən ibarətdir.)
– 2 dilim kəpəkli çörək, 2 incə dilim vetçina, 1 dilim ananas
– Kahı, sarımsaq və 2 çay qaşığı parmezan pendirini qarışdırıb üzərinə bir çay qaşığı yağsız salat sousu tökün. Şirniyyat yerinə iki qaşıq meyvə salatı yemək olar.
– Kahı, xiyar, yaşıl bibər və 75 qram aşağı kalorili pendiri qarışdırın. Üzərinə bir çay qaşığı yağsız sous tökün. İçki olaraq bir stəkan pomidor suyu içə bilərsiniz.
Axşam yeməyi:
(Variantlardan hər hansı birini seçə bilərsiniz. Hər biri 550 kaloridən ibarətdir)
– 2 kök və 2 qabağı brokoli ilə qaynadın. Pomidor əlavə edərək 5-6 dəqiqə bişirin.
– 50 qram makaron qaynadıb süzün. Hazırladığınız qarışığı üzərinə tökün. 1 çay qaşığı parmezan pendiri səpin.
– 2 Dilim “biftek”, 2 xörək qaşığı kartof salatı, 1 çay qaşığı yağsız salat sousu əlavə olunmuş yaşıl salat və 1 dilim çörək.