Bir çox məşhurların bədənlərini milyonlarla dollara sığortaladıqları heç kimə sirr deyil.
Müxtəlif zamanlarda mətbuat bu məsələni gündəmə gətirərək, onları sanki yenidən “qiymətləndirir”. Məşhurlar da bununla bir daha çox dəyərli olduqlarını vurğulamağa çalışırlar.
Axşam.az xarici KİV-ə istinadən bədən üzvlərini, səs tellərini sığortaladan məşhurları təqdim edir:
Teylor Sviftin ayaqları – 40 milyon dollar
Alman super modeli Haydi Klumun ayaqları – 2 milyon dollar
Meray Kerinin ayaqları – 1 milyard dollar
Futbolçu Kriştiano Ronaldonun ayaqları – 144 milyon dollar
Devid Bekhem ayaqları – 70 milyon dollar
Amerikalı model Keyt Aptonun sinəsi – 20 milyon dollar
Juliya Robertsin gülüşü – 30 milyon dollar
Cennifer Lopezin ombası – 1 milyarda yaxın
Madonnanın sinəsi – 2 milyon dollar
Daniel Kreyq bədəni – 9,5 milyon dollar