Danimarka parlamenti 27 ədəd ABŞ istehsalı “F-35” tipli (Joint Strike Fighter ) beşinci nəsil qırıcı təyyarələrin alınmasına 3 mlrd. dolların ayrılmasını dəstəkləyib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə təyyarə istehsalçısı olan “Lockheed Martin” konsernindən bildirilib.
Şirkət Danimarkanın “F-35” qırıcı təyyarəsini sifariş etmiş sayca 11-ci ölkə olduğunu bildirib.