Müğənni Mustafa Ceceli ötən gün restoranların birində orucunu açıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, məkandan çıxarkən Ceceli jurnalistlərin suallarını cavablandırıb.
Mustafa “Oruclu olanda ac olmaq, yoxsa susuz qalmaq çətindir” sualına əsəbiləşib və belə cavab verib:
“Eyib edirsiniz. Biz soyuducu orucu tutmuruq. Ramazan ayını ürəkdən yaşamaq istəyirik. Bu aralar terror hadisələri baş verir. Əlimizdən heç nə gəlmir. Allah onlara insaf versin”.
Ceceli yeni albom hazırlıqlarına başladığını, İrəm Derici ilə sürpriz layihə təqdim edəcəyini bildirib.