ABŞ-ın Los-Anceles şəhərində silahlı insident baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Kaliforniya Universitetində qeydə alınıb.
İlkin məlumata əsasən, naməlum silahlı təhsil ocağının ərazisində yerləşən yataqxananın qarşısında 2 nəfəri güllələyib. Ölənlərin kimliyi hələ ki, açıqlanmır. Hazırda yerli polis cinayətkarın axtarışı ilə məşğuldur.