Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin təqdim etdiyi hökumətin yeni tərkibini təsdiq edib.
Musavat.com-un mətbuatına görə, Türkiyənin yeni baş naziri AKP sədri Binali Yıldırm olub.
Türkiyə hökumətinin yeni tərkibini təqdim edirik:
Baş nazir: Binali Yıldırım
Baş nazir müavini: Nurettin Cannikli
Baş nazir müavini: Mehmet Şimşək
Baş nazir müavini: Numan Qurtulmuş
Baş nazir müavini: İldırım Türkeş
Baş nazir müavini: Veysi Qaynaq
Ədalət naziri: Bəkir Bozdağ
Ailə və Sosial Siyasətlər naziri: Fatma Betül Sayan Kaya
Avropa Birliyi naziri: Ömər Çelik
Elm, Sənaye və Texnologiya naziri: Faruk Özlü
Əmək və Sosial Müdafiə naziri: Süleyman Soylu
Ekologiya və şəhərsalma üzrə nazir: Mehmet Özhaseki
Xarici işlər naziri: Mövlud Çavuşoğlu
İqtisadiyyat naziri: Nihat Zeybekçi
Enerji və Təbii Qaynaqlar naziri: Berat Albayrak
Gənclik və İdman naziri: Akif Çağatay Qılınc
Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq naziri: Faruk Çelik
Gömrük və ticarət naziri: Bülent Tüfenkçi
Daxili işlər naziri: Efkan Ala
İnkişaf naziri: Lütfi Elvan
Mədəniyyət və Turizm naziri: Nabi Avcı
Maliyyə naziri: Naci Ağbal
Milli Təhsil naziri: İsmət Yılmaz
Milli Müdafiə naziri: Fikri İşıq
Meşə və Su İşləri naziri Veysel Eroğlu
Səhiyyə naziri: Recep Akdağ
Nəqliyyat, Dənizçilik və Kimlik naziri: Əhməd Aslan
Yeni hökumətin tərkibi Türkiyə Böyük Millət Məclisində səsverməyə təqdim olunacaq.
Səsvermənin bazar günü keçiriləcəyi gözlənilir. Məclisin səsverməsi başa çatdıqdan sonra,
65 -ci hökumət fəaliyyətə başlayacaq.