Əfqanıstanın cənubunda polisin öz həmkarlarına hücumu nəticəsində azı 6 nəfər həlak olub.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, insident mayın 21-də Zəbul əyalətindəki nəzarət buraxılış məntəqəsində baş verib. Üç nəfərlik polis qrupu öz həmkarlarına atəş açaraq hadisə yerindən uzaqlaşıb.
Qeyd edək ki, iki gün bundan əvvəl həmin əyalətdə daha bir oxşar hadisə baş vermişdi. Polislərdən biri iki həmkarının yardımı ilə 8 qanun keşikçisini qətlə yetirmişdi.