1463243526

 

NATO Rusiya ilə müharibəyə hazır olmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri NATO Avropa Müttəfiq Qüvvələrinin Baş komandanı Kurtis Skaparotti deyib.

O, Rusiyanın bütün beynəlxalq hüquq normalarına meydan oxuduğunu bildirib:

“NATO Rusiya ilə mülki və hərbi əməkdaşlıqdan imtina edib. Ukrayna böhranının başladığı 2014-cü ildən bəri Rusiya müxtəlif hərbi təxribatlar vasitəsilə gərginliyi daha da artırır”.

Rusiya Müdafiə naziri Sergey Şoyqu isə Skaparottinin açıqlamasına belə münasibət bildirib:

“Rusiya NATO-nun addımlarına uyğun olaraq müvafiq tədbirlər görür. Ölkənin cənubunda və qərbində yeni hərbi qüvvələr yerləşdirilib”.

Digər məlumatlara görə, Rusiya hökuməti ölkənin şimal və cənub sərhədlərində NATO-ya qarşı çevik hərbi qüvvələrdən ibarət müdafiə xətti yaradıb.

Qeyd edək ki, NATO-nun Rumıniya və Batlikyanı ölkələrdəki hərbi təlimləri Rusiyanın kəskin narazılığına səbəb olub.