Moskvanın Xovan qəbirstanlığında baş verən kütləvi davada 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, kütləvi davada 200 nəfər iştirak edib, onlardan 50-si saxlanılıb. Hadisənin baş verdiyi əraziyə Moskvanın polis rəisi Anatoli Yakunin gəlib. Qəbirstanlıq ərazisi polis tərəfindən mühasirəyə alınıb. Ərazidə həbslər və yoxlamalar davam etdirilir.