Məşhur amerikalı aktrisa Culiya Roberts Kann Film Festivalında baş rolunu oynadığı filminin qalasına gedərkən qeyri-adi hərəkət edib.
Axşam.az xarici KIV-ə istinadən xəbər verir ki, aktrisa qırmızı xalıda ayaqqabılarını çıxararaq, ayaqyalın yeriməyə davam edib. Məşhur aktyor Corc Klooney ilə birlikdə rejissorluğunu Codie Fosterin etdiyi filmin ilk nümayişinə gedən Roberts, qırmızı xalçada çılpaq ayaqla yeriyərək, diqqətləri üzərinə çəkib. Festivalın təşkilatçıları ötən il bir qrup qadını dikdabanlı ayaqqabı geyinmədiklərinı görə, “Carol” filminin nümayişinə buraxmamışdı. Culiyanın ayaqqabısız olması, ətrafdakılara həmin hadisəni xatırladıb.