Keçmiş futbolçu Devid Bekhem “Loreal” şirkəti ilə müqavilə imzalayıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə yaraşıqlı idmançı “Loreal”ın reklamında çəkilməyəcək. O brendin səfiri olaraq, 2017-ci ildə satışa buraxılacaq və kişilər üçün dəriyə qulluq vasitələrini istehsal edəcək.
Xəbərdə bildirilir ki, ilk olaraq 12 ədəd istehsal olunacaq məhsulun qiyməti 50 dollardan çox olmayacaq. Bekhem gələcək alıcılara “Mən şadam ki, “Loreal Biotherm Homme” ilə əməkdaşlıq edəcəyəm. Dəriyə qulluq üçün kosmetik vasitələrin hazırlanması haqqında çoxdan düşünürdüm. Öz məhsulumuzu tezliklə sizə təqdim edəcəyik” deyə müraciətində bildirib.
Qeyd edək ki, Bekhem öz kosmetik məhsulunu təqdim edəcək yeganə adam deyil. Belə ki, bu ilin sentyabrında futbolçunun xanımı Viktoriya da “Este Lauder” adlı kosmetika kolleksiyasını təqdim etməyə hazırlaşır.