Aparıcı Zuhal Topal ilə Esra Erol bir daha məhkəmədə qarşı-qarşıya gəlib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Esra Erolun onu təhdid etdiyini irəli sürərək mühafizəçi tələb edən aparıcı Zühal Topal və həyat yoldaşı haqsız hesab edilib. Məhkəmə “Təhdid yoxdur, qorunmağa da ehtiyac yoxdur” deyərək qoruma tələbini rədd edib.
Qeyd edək ki, Topal Esra Erolun proqramında dediyi bu sözlərə görə qoruma tələb etmişdi:
“Zuhal Topal və əri məni yox etməyə çalışırlar. Elə bir şey deyəcəyəm ki, ər-arvad Türkiyədə dayanmayacaq. O zaman Türkiyədə yer yerindən oynayacaq. Bu bir təhdid deyil, öz yaşadığım bir hadisədir”.