Bu günə qədər qatıldığı iki “Oskar” mükafatlandırma mərasimi də başda olmaqla bir çox tədbirlərdə yıxılması ilə diqqət çəkən aktrisa Cennifer Lourens bu dəfə yıxılmaqdan son anda qurtulub.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, “X Men: Apocalypse” filminin qırmızı xalçasında dikdaban ayaqqabıları ilə gəzən aktrisa fanatlarını salamlamağa çalışarkən büdrəyib. Mühafizəçilər Cenniferi yıxılmadan tuta biliblər. Premyeradan sonra keçirilən partidə isə Lourens yenə də təhlükə ilə üzləşib. Bu dəfə də onu yıxılmaqdan mühafizəçi xilas edib.