Dünyaca məşhur top model Gigi Hadid Tommi Hilfigerddən sonra “BMW”-nin siması olub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, müqaviləyə imza atan 21 yaşlı gənc model xərclərinin çox olduğunu bildirib. Gigi Hadid aylıq gözəllik xərcinin 33 min dollar təşkil etdiyini söyləyib. Model bu məsələdə özü kimi top model olan anası Yolda Hadidi nümunə götürdüyünü açıqlayıb.
Qeyd edək ki, “Met Gala” gecəsində iştirak edən zaman Gigi Hadid təkcə manikürü üçün 2000 dollar xərclədiyini bəlli etmişdi.