79249_7n9uqjbje6

 

Türkiyənin tanınmış aktrisası Tuba Büyüküstün Bodrumda satışa çıxarılan 6 milyon avro dəyərində olan oteli almaq üçün hərəkətə keçib.

Axsam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həyat yoldaşı Onur Saylakla Bodrumda dincələn aktrisa, orada otelin satışa çıxarıldığını eşidən kimi sahibi ilə görüşüb. Danışıqlar davam etdiyindən Tuba oteli alıb-almayacağına qərar verməyib.

Aktrisanın Bodrum, İstanbul və Londonda daşınmaz əmlakının olduğu bildirilir.