Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz ən kiçik oğlu Şahzadə Rakanın orta məktəbi bitirməsi münasibəti ilə təşkil olunan məzun günündə iştirak edib.
Axar.az xəbər verir ki, paytaxt Ər-Riyadda təşkil olunan mərasimdə çıxış edən kral “Bu, mərasimə yalnız Rakanın atası olaraq deyil, buradakı bütün tələbələrin atası olaraq qatılıram”, – deyib.
Daha sonra şahzadə atasına qılınc təqdim edib. Bu zaman kral göz yaşlarına hakim ola bilməyib.