Rusiyada həbsdə olan ukraynalı pilot Nadejda Savçenkonun bacısı sərbəst buraxılıb.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, barədə vəkil İlya Novikov özünün “Feysbuk” səhifəsində yazıb. “Vera Savçenko hazırda Ukrayna konsulları ilə birgə Rostova yollanır”, İ.Novikov qeyd edib. İnsidentin təfərrüatları haqda daha sonra məlumat veriləcəyi bildirilir.
Xatırladaq ki, pilotun bacısı aprelin 27-i Rusiyada saxlanılmışdı.
Qeyd edək ki, aprelin 27-də Nadejda Savçenkonun vəkili Mark Feyqin Nadejda Savçenkonun Ukraynaya təhvil verilməsi prosesinin başlandığını bildirib.