Müğənni Yaşar Yusub oğlunun kiçik toyundan sonra bir çoxlarının ondan incidiyini etiraf edib.
Axşam.az-a açıqlama verən ifaçı buna məclisin qapalı keçirilməsinin səbəb olduğunu bildirib: “Kiçik ailə məclisi idi. Böyük toy deyildi ki, 800 adam dəvət edim. Ən çox sevdiyim insanları çağırdım. Toydan sonra bəzi insanlar mənlə danışmır. Çağırdığım bütün dostlarım gəlmişdi, ziyana düşmədim (gülür)”. Yeniliklərindən danışan Y.Yusub Mirzə Babayevin repertuarına müraciət etdiyini deyib: “Kimlər gəldi, kimlər getdi bu dünyadan” mahnısını oxumuşam. Yaxın günlərdə təqdim edəcəm. Hazırda “yedim-yatdım” etmirəm. Az da olsa, qazanc var.
Düzdür, toylar zəifdir, amma qazanmaq olur”.