ABŞ-ın Corciya ştatının Kolumbiya dairəsində ard-arda iki silahlı insident yaşanıb.
Axar.az xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb. Ölənlərdən 4-ü hadisə yerində, biri isə xəstəxanaya aparılarkən keçinib.
Onların şəxsiyyətləri hələ ki müəyyənləşdirilməyib.
Polis cinayəti törətməkdə şübhəli bilinən şəxsi axtarır. İnsidentin detalları məlum deyil.